Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Suqovuşandan son görüntülər

20.05.2023 [12:54]

Xəbərin mətni

Tərtər rayonunun Suqovuşan qəsəbəsi Murovdağ silsiləsinin ətəyində, Tərtərçayın sahilində yerləşir. 1976-cı ildə istismara verilən və Tərtərçay, Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşan su anbarı Suqovuşanın təbiətinə xüsusi gözəllik qatıb.
Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, tarixi abidələr, Tərtərçay və su anbarı gələcəkdə Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır.