CƏMİYYƏT


Bu il çiyələk bahalaşıb

Cəlilabad rayonunda çiyələk sahələrində məhsul yığımı davam edir.
Fermerlər xaricdən gətirdikləri yeni sortlar sayəsində hələ bir neçə ay da bazarı keyfiyyətli məhsulla təmin edə biləcəklər. Nəticədə çiyələk sahələrindən məhsul yığımı əvvəlki kimi 3-4 ay deyil, 6 aya qədər davam edəcək.
Çiyələyə təlabat çox olduğundan artıq Lənkəranda iki ildən çoxdur ki, müxtəlif kəndlərdə yeni çiyələk sahələri salınır. Fermerlərin sözlərinə görə açıq sahədə əkilən çiyələk iqlimə tam uyğundur. Artıq 20 günə yaxındır ki, rayonda ilk yığıma başlanılıb. Ötən illə müqayisədə sahələrdə bu il məhsul bol olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır