CƏMİYYƏT


Ağstafada nazirlik əməkdaşlarına atəş açılması məsələsinə DİN-dən AÇIQLAMA

Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib. Torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, sözügedən məsələ ilə bağlı ilkin olaraq araşdırma aparılıb, daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib:
“2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə isə bildirmək istəyirəm ki, ilkin baxışda nə əməkdaşın özündə, nə də geyimində hər hansı bir odlu silah izi aşkarlanmayıb. Hər bir halda iddialar araşdırma predmetidir. Ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.