CƏMİYYƏT


DİN Sabirabadda əməliyyat keçirdi

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda əməliyyat keçirilib. Tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Şakir Abdullayev saxlanılıb. Onun üzərinə və rayon ərazisində yaşadığı evə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd həmin tapançaya məxsus sandıqça, 1 ədəd “TOZ-8” modelli tüfəng və ümumilikdə 138 ədəd müxtəlif kalibrli patron aşkar edilərək götürülüb.