CƏMİYYƏT
Kafedə yanğın baş verib
24.05.2023 [15:29]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın ümumi sahəsi 160 m² olan kafedə baş verib. Hadisə nəticəsində kafenin mətbəxində 5 m² sahədə əşyalar, 10 m² sahədə tavan və 80 m² sahədə dam örtüyü yanıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
07.06.2023 [14:53]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
08.06.2023 [08:10]