CƏMİYYƏT


Metroda 56 ildən sonra yenidənqurma, nələr dəyişdi?

Bakı Metropoliteninin “Nərimanov” elektrik deposunda müasir standartların tətbiqi davam etdirilir. Burada qatarların texniki baxış sahələri və   depo yolları yenilənib. Elektrik deposunda qatarların baxışı üçün nəzərdə tutulan qanovlardan  3-ü tam hazırdı və müasir standartlara cavab verir,digər 2 qanovun isə inşası davam etdirilir. Eyni zamanda vaqonlara baxış üçün xüsusi avadanlıqlar quraşdırılıb. Təmir işlərində istifadə olunan  beton qurğular ölkəmizdə istehsal olunduğuna görə  həm xarici asıllıqı azaldır,həm də keyfiyyətli və səmərəlidir.