CƏMİYYƏT


Sürücü polisin planşetini qaçırtdı

DİN-in mətbuat xidmətinidən AZƏRTACA cavab olaraq bildirilib ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "Qaz-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort komputer geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort komputeri polis əməkdaşının əlindan alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.