MƏDƏNİYYƏT
Şamaxının lalə mövsümü
25.05.2023 [18:31]
Bu görüntülər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Şamaxının Mirikənd kəndi yaxınlığında çəkilib. Qeyd edək ki, Şamaxı rayonu flora və bitki örtüyü baxımından Azərbaycanın ən zəngin rayonlarından biridir. Azərbaycanda dağ çöl formasiyasının ən geniş areallarından biri də məhz bu rayonun payına düşür.