SİYASƏT


Əlahiddə Ümumqoşun Ordusunun “Heydər Əliyev-2023” təlimi baş tutub

Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi başa çatıb. Türkiyə Cümhuriyyətinin yaranmasının və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər. “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimini izləmək üçün Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Qars şəhərində səfərdə olub. Səfər çərçivəsində böyük öndər Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin Qars şəhərində ucalan abidələri ziyarət edilib. “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində əvvəlcə ərazidə qoşunların yerləşməsi, eləcə də mərhələlər üzrə icra olunacaq fəaliyyətlər və hərbi təyinatlı müasir silah və döyüş texnikaları haqqında məlumat verilib. Planla tanışlıqdan sonra təlimin döyüş atışlı mərhələsinə start verilib.“Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdirən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Araz çayı üzərindəki “Ümid” körpüsündən keçərək xidmət yerlərinə qayıdıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır