CƏMİYYƏT
Göygöldə fəlakət: Ölənlər var
26.05.2023 [10:47]
Dünən Göygöl rayonunun Topalhəsənli, Şəhriyar, Kərəmli və Zurnabad kəndləri ərazisində yağan güclü leysan yağışları nəticəsində sel sularının miqdarı artaraq Topalhəsənli kəndi ərazisində qaz, işıq və rabitə xətlərinə ziyan yetirib.
Təbii fəlakət nəticəsində polis əməkdaşlarının köməyi ilə Gəncə şəhər sakinləri V.Həziyev, T.Məmmədova və V.Həziyeva çay axınından xilas edilib, ilkin yardım göstərilib. İtkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun isə meyitləri tapılaraq müvafiq ekspertizaya təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]