CƏMİYYƏT


FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə təşkil olunan təlimdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəssisləri iştirak ediblər.
Əvvəlcə nazirliyin inzibati binasında Türkiyədən olan ekspertlərlə birgə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək birgə tədbirlərlə bağlı bir sıra məsələlərə toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır