CƏMİYYƏT
Qaxda ölümlə nəticələnən yol qəzası
26.05.2023 [17:31]
Hadisə Qax-İlisu avtomobil yolunun, rayonun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib. Faiq Məmmədovun idarə etdiyi avtomobillə 28 yaşlı, rayon Ağçay kənd sakini Mahmud Bayramlının sükanı arxasında olduğu digər avtomobil toqquşub. Nəticədə Faiq Məmmədov, Mahmud Bayramlı və onun həyat yoldaşı Turanə Mahmudlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Xəstəxanasına yerləşdiriliblər.
Göstərilən tibbi yardımlara baxmayaraq 28 yaşlı Mahmud Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
07.06.2023 [14:53]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
08.06.2023 [08:10]