Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə yol qəzasında 3 nəfər xəsarət alıb

26.05.2023 [18:16]

Hadisə Şəki-Qax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayon sakini, 1968-ci il təvəllüdlü Oqtay Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobillə Seymur Salamovun idarə etdiyi "Mercedes" markalı avtomobill toqquşub.
Nəticədə 55 yaşlı Oqtay Məmmədov, onun həyat yoldaşı 45 yaşlı Aynur Məmmədova və "Mercedes"in sürucüsü Seymur Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.