Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərlə görüş

26.05.2023 [18:31]

Xəbərin mətni

“Azərkosmos” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə ölkəmizdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərlə Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair görüş keçirir.
AZƏRTAC xəbər verir ki, 28 May - Müstəqillik Günü ərəfəsinə təsadüf edən bu görüşün məqsədi Beynəlxalq Astronavtika Konqresinin regionumuz üçün əhəmiyyətini, o cümlədən kosmik sahədə iştirak edən ölkələrin təcrübə mübadiləsi imkanlarını səfirlik və diplomatik nümayəndələr vasitəsilə dünya ölkələrinə çatdırmaqdır.