CƏMİYYƏT


Təhlükə saçan yol

Piyadaların ölümü ya da xəsarətlə nəticələnən yol hadisələri günümüzün aktual problemlərindəndir. Bu dəfə sizə ölümü keçiddən üstün sayan vətəndaşları yox, çarəsizlikdən hər gün ölümlə üzbəüz qalan sakinlərin harayını çatdırırıq. Söhbət Bakının Zığ şosesi ilə Əlibov küçəsini kəsişməsindən gedir. Çəkiliş apardığımız zaman təhlükəli anların şahidi olduq.