Minaya düşən şəxsin son vəziyyəti
27.05.2023 [15:23]
Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndində mina partlayışı nəticəsində xəsarət alan rayon sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun son vəziyyəti açıqlanıb. Qazax Rayon Mərkəzi Xəstəxasından bildirilib ki, A.Ələsgərova ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti orta-ağır qiymətləndirilir, hazırda müalicəsi davam etdirilir.