CƏMİYYƏT


Üç yaşında Laçından çıxan gənc rejissor 31 il sonra doğma torpaqda

Gənc rejissor Amil Məmibəyli Laçını tərk edəndə 3 yaşı olub. 31 ildən sonra doğulduğu şəhərə, ata yurduna dönən Amilin xəyalları gerçək olub. Erməni vandallarının darmadağın etdiyi evlərində aparılan bərpa işləri qurtarar-qurtarmaz doğma şəhərinə dönəcəyini deyən gənc rejissor, fəaliyyətini Laçında davam etdirəcəyini bildirdi.