MƏDƏNİYYƏT


Qətərin “Al-Arabi” telekanalında Azərbaycanın Müstəqillik Günü barədə məlumat verilib

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə ölkəmizin Qətərdəki səfiri Mahir Əliyev bu ölkənin ərəb dilli “Al-Arabi” telekanalının “Sabahın xeyir” proqramının qonağı olub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, birbaşa yayımlanan müsahibədə M.Əliyev müstəqilliyimizin tarixi, Azərbaycanın Şərqdə demokratik respublika, opera, balet, teatr yaratmış ilk müsəlman ölkəsi olduğunu qeyd edib. Həmçinin müxtəlif azsaylı xalqların yaşadığı Azərbaycanın mədəni və bəşəri irslə zəngin sivil və tolerant ölkə olduğu vurğulanıb.