CƏMİYYƏT


Daxili qoşunlarda silahla ehtiyatsız davranış ölümlə nəticələndi

 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu vəfat edib. Nazirlikdən verilən məlumata görə, Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.