Biləsuvarda sel - sakinlər təxliyə olundu
31.05.2023 [09:00]
Biləsuvara sel gəlib. Bir kəndin sakinlərini köçürüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İranla sərhəddən keçən Bolqarçaya sel gəlib.
Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Yuxarı Ağalı kəndinin əhalisi təxliyə olunub.