Azərbaycan Dövlət İnformasiya Agentliyi

"N" hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib

31.05.2023 [10:17]

Xəbərin mətni

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ümumqoşun poliqonunda "N" hərbi hissəsinin döyüş atışlı taktiki təlimi keçirilib.
Təlimin planına uyğun olaraq, tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilib.