CƏMİYYƏT


FHN metroda təlim keçirib

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Elmlər Akademiyası” stansiyasında təlim keçirilib.
Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Elmlər Akademiyası” stansiyasında baş vermiş şərti qısaqapanma nəticəsində şaxtada yanğın və qatı tüstülənmənin yaranması barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətləri, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.