Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan qazı 10 ölkəni təmin edə bilər

01.06.2023 [19:18]

Xəbərin mətni

Bu il Azərbaycanın 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir. Bunun təxminən yarısı Avropaya tədarük ediləcək. Bu barədə 28-ci Bakı Enerji Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib. O qeyd edib ki, hazırda Azərbaycan qazı 6 ölkəyə nəql olunur, lakin Cənub Qaz Dəhlizinin genişləndirilməsi və “Həmrəylik halqası” layihəsinin işə düşməsi ilə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-dan çox ola bilər.