CƏMİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular uşaq evlərini ziyarət edərək bayram münasibəti ilə uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər, habelə bir qrup şəhid övladının sağlamlığının qorunması məqsədilə onların müayinə və müalicəsi, eləcə də dispanserizasiyası təşkil olunub.