CƏMİYYƏT


Oğuzda dolu təsərrüfatlara ziyan vurub

Saat 17 radələrindən başlayaraq bir saat ərazində Oğuz rayonu ərazisində qeyri-sabit hava şəraiti höküm sürüb.
Rayonun mərkəzi və dağətəyi kəndlərə leysan yağıb. Rayonun dağətəyi kəndlərindən olan Baş Daşağıl və Xalxal kəndlərinə leysanla bərabər 10 dəqiqə müddətində qoz iriliyində dolu düşüb.
Yağan dolu və leysan nəticəsində hər iki kəndin sakinlərinin təsərrüfatlarına ciddi ziyan dəyib, bostan və tətəvəzlər yararsız hala düşüb. Kənddaxili yollardan qısamüddətli sel keçib, bəzi yollar yararsız hala düşüb.