CƏMİYYƏT


Kiberşantajın yeni növü – DİQQƏT! İfşa videonuz yayıla bilər

Sosial şəbəkələrdə gündə heç olmasa 1 dəfə tanışlıq təklifləri alırıq. Müxtəlif xarakterli bu təkliflər heç də həmişə sıradan tanışlıqlar olmur. Son zamanlar isə bu təkliflərin içərisində türk dilində danışan xanımlar üstünlük təşkil edir. Bu isə daha çox şantaj məqsədilidir. Diqqətli olmasaq kiber şantajın qurbanı ola bilərik. İnformasiya texnologiyaları üzrə ekspert Elvin Abbasovun sözlərinə görə kiber şantajın bir növü olan Sextortion, proqram təminatı deyil, virus deyil, ya da bot deyil. Bu mütəşəkkil şəkildə qruplaşan real insanlardır. Bəzən isə həmin adamlar fərqli üsullara da əl atırlar.