MƏDƏNİYYƏT


Səmərqənddə Azərbaycan musiqisi günləri

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Səmərqənd şəhər Gənclər Sarayının böyük konsert zalında baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar və özbəklər iştirak ediblər.