CƏMİYYƏT


Sabunçuda narkotik satışı ilə məşğul olan 75 nəfər saxlanıldı

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yertişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.
Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik madddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Bu şəxsin üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.