Pirallahı rayonunda İlqar Məcidov küçəsi təmir olunub
06.06.2023 [11:38]
Xəbərin mətni
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 1300 metr uzunluğa malik həmin küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu, yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi. Bu isə xüsusən payız-qış mövsümündə küçələrdən istifadə edən vətəndaşların rahat hərəkətinə problemlər yaradırdı.