CƏMİYYƏT


Qəzalı vəziyyətdə olan Dairəvi qala bərpa olunur

Lənkəran şəhərində yerləşən, el arasında Zindan qalası kimi tanınan Dairəvi qala qəzalı vəziyyətə düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dairəvi qala sonuncu dəfə 2006-cı ildə bərpa olunub. Lakin sonradan tarixi abidənin damında yaranmış qəzalı vəziyyət nəticəsində qalaya ciddi ziyan dəyib. Hazırda isə qalada təmir-bərpa işlərinə başlanılıb.