Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda 9 evdən oğurluq edən şəxs tutuldu

06.06.2023 [15:23]

Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən təmir-tikinti alətləri və 1 ədəd velosipedin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Cəfərov müəyyən edilərək saxlanılıb.