İQTİSADİYYAT


Yevlax Pilot Aqroparkında ilk dəfə məhsul yığılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılıb. 2021-ci ilin dekabrında açılışı olmuş Yevlax Pilot Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1187 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1297 hektarını 3000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksinin yem təminatı zonası, şəkər çuğunduru, pivəlik arpa və pambıqçılıq sahəsi, 141 hektarını isə emal və sosial zona təşkil edəcək. İndiyədək Pilot Aqroparkda ümumi investisiya həcmi 26 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və hazırda bu rezidentlər tərəfindən 130 hektardan çox ərazidə əkin işləri aparılıb. Bunun da 102 hektarını meyvə bağları, 20 hektarını tərəvəz, 10 hektarını isə tingçilik təşkil edir. Bu layihələrin reallaşması nəticəsində 90 nəfərlik daimi, 192 nəfərlik isə mövsümi iş yeri yaradılacaq.