CƏMİYYƏT


Çinin mükəmməl taksi xidməti

Hər bir ölkənin özünəməxsus taksi xidməti qaydaları, ənənəsi var. 1,4 milyard əhalisini olan və dünyanın 2-ci ən böyük iqtisadiyyatına malik ölkəsi Çində taksi xidməti xüsusi qanunvericilik aktları əsasında fəaliyyət göstərir. Taksi fəaliyyəti hər şəhərin əhalisinin sayına uyğun xüsusi lisenziya əsasında tənzimlənir. Taksi şirkətlərinin avtomobilləri rənglərinə görə cüzi fərqlənir. Məsafə və vaxta görə hesablanan qiymətlər isə standartdır, yəni hər şəhər üzrə bütün taksi şirkətlərinin qiymətölçmə qaydası eynidir. Məsələn, Pekində ənənəvi taksinin ilk 3 kilometri 13 yuan, təxminən 3 manat 10 qəpik, növbəti hər kilometr üçün 57 qəpik, 15 kilometdən sonra hər kilometr üçün 82 qəpikdən hesablanır. Həmçinin sürücülər mütəmadi olaraq təlimlərə cəlb olunur. Onların sürücülük qabiliyyətləri, ilkin tibbi yardım qaydaları və ünsiyyət bacarıqları inkişaf etdirilir.