İQTİSADİYYAT


Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolu yenidən qurulur

Şamaxı rayonunda 3 yaşayış məntəqəsini birləşdirən Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunun yenidən qurulması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, əsasən qara və çınqıl örtüklü olan avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq, təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.
IV texniki dərəcəyə uyğun təkmilləşdirilən avtomobil yolunun ümumi uzunluğu 4 kilometr, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.