İQTİSADİYYAT


Kənd təsərrüfatında üzümçülüyə kredit ayrılmır?

Zaqatalada yaşayan Kamil Hüseynov fərdi üzümçülük təsərrüfatıyla məşğul olan sahibkardır. O üzümçülüyün kənd təsərrüfatında gəlirli sahələrdən biri olsa da banklar tərəfindən ona kredit verilməməsindən şikayətçidir. Belə ki, sahibkarın sözlərinə görə müraciət etdiyi banklar üzümçülük sahəsini riskli hesab etdikləri üçün ona kredit ayırmaqdan imtina edirlər. Kənd təsərrüfatında müxtəlif sahələr üzrə sahibkarlara kreditlərin verilməsi Sahibkarlığın İnkişafı Fondu tərəfindən həyata keçirildiyi üçün məsələ barədə quruma sorğu ünvanladıq. Qurumun şöbə müdiri İsmayıl Hüseynov bildirdi ki, kənd təsərrüfatı məhsullarının istehsalı və o cümlədən üzümçülük fondun prioritet istiqamətlərindən biridir. Ancaq sahibkarlar bəzən kredit müraciətləri zamanı çətinliklərlə qarşılaşa bilərlər.