CƏMİYYƏT


Sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyası müşahidə olunur

Bu gün Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və davamlı olaraq müxtəlif istiqamətlər üzrə kompleks islahatlar həyata keçirir. Azərbaycan təhlükəsizliyin təmin olunmasına, həmçinin sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsinə böyük diqqət yetirir. Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda keçirilən MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında deyib.