İDMAN


Azərbaycan birinci Avropa Oyunları zamanı bütün qitəyə önəmli mesajlar verdi

Avropa Oyunları Əlaqələndirmə Komissiyasının sədri, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü, Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Hasan Arat Bakıda jurnalistlərə açıqlaması zamanı 2015-ci ildə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının hər kəs tərəfindən nümunə göstərildiyini deyib. H.Arat bildirib ki, həmin vaxt Azərbaycan bütün Avropaya önəmli mesajlar verdi. İki həftə sonra Polşada üçüncü Avropa Oyunları təşkil olunacaq. Bu turnirlərin davamlı olmasını istəyirik. 2015-ci ildən sonra Azərbaycandakı bütün yarışlar mükəmməl səviyyədə gerçəkləşib. Azərbaycan bizim qürurumuzdur və mənim məmləkətimdir. Bura türklərin ana yurdudur. Biz iki dövlət, bir millətik. Azərbaycanın uğuru məni çox qürurlandırır. Burada olmaq bizim üçün xoşdur.