CƏMİYYƏT


Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb

Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə iyunun 9-da Ukraynaya humanitar yardım göndərilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif ləvazimatlardan, o cümlədən nasoslar, boru kəmərləri, rezin qayıqlar və müvafiq geyim əşyalarından ibarət olan bu yardım Polşanın Jeşuv hava limanına, oradan isə Ukraynaya çatdırılacaq.
Humanitar yükü aparan xüsusi təyyarə Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.