CƏMİYYƏT


Artıq Bakı metrosu daha sərin olacaq

Bakı metropolitenində havalandırma qurğularının yenilənməsi tədbirləri davam etdirilir. 4 yeni havalandırma sistemi və 6 dempferin, yəni tuneldəki təbii havanın qatarlara ötürülməsində istifadə olan qurğunun quraşdırılması işləri başa çatdırılıb. Daha iki köhnə havalandırma sisteminin yeni nəsil analoqları ilə əvəzlənməsi istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir.