Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Son bir ay ərzində 20 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

10.06.2023 [13:57]

Xəbərin mətni

Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan əsas pirioritet istiqamətlərdən biridir. Bu sahədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ay ərazində də intensiv əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən transmilli mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 mütəşəkkil dəstənin üzvləri, o cümlədən 83 nəfər saxlanılıb.