Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəzaların sayının artmasının səbəbi nədir? ARAŞDIRMA

11.06.2023 [13:08]

Son zamanlar ölkəmizin bir çox şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələrinin sayı artır, hər gün qəzalarda insanlar ölür, xəsarət alır. Qəzaların böyük əksəriyyətinə səbəb isə yol hərəkəti qaydalarına düzgün əməl edilməməsi olur. Qəza zamanı isə sürücülər piyadaları, piyadalar isə sürücüləri günahlandırır.