Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Azərbaycan gimnastı ilk dəfə Xüsusi Yay Olimpiya Oyunlarında

10.06.2023 [22:08]

Xəbərin mətni

İyunun 17-25-də Almaniyanın paytaxtı Berlində 190 ölkədən 7 min xüsusi Olimpiyaçının iştirakı ilə 26 idman növü üzrə Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi bədii gimnast Mehriban Tağıyeva təmsil edəcək.