Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib

11.06.2023 [11:48]

Xəbərin mətni

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start verilib.