Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda kütləvi dava bıçaqlanma və qəza ilə nəticələndi

11.06.2023 [16:37]

Tovuzda gecə saatlarında çay evinin qarşısında iki nəfər arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Nəticədə rayonun Qovlar şəhər sakini 26 yaşlı Xəyal adlı şəxs bıçaq zərbələri alaraq xəstəxanaya yerləşdirilib. Digərləri isə yüngül xəsarətlərlə ambulator müalicə alıblar. Məlumata görə, kütləvi dava zamanı avtomobilə əyləşərək ərazidən uzaqlaşmaq istəyən şəxslər də olub. Onlar Qovlar şəhər ərazisində qəzaya düşüblər. “Kia” markalı minik avtomobili yol kənarında hərəkətsiz dayanan traktora çırpılıb. Nəticədə sürücü - rayonun Qaziqulu kənd sakini 29 yaşlı Hüseyn Əliyev, Tovuz şəhər sakini 32 yaşlı Tural Tağıyev, Bozalqanlı kənd sakini Günay Babayeva və Düz Cırdaxan kənd sakini 19 yaşlı Sənan Məmmədalıyev ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, avtomobil qəzasına düşənlərin vəziyyətləri ağırdır. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.