Su kanalında batmış azyaşlının cəsədi tapıldı
12.06.2023 [10:29]
Məlumat verildiyi kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.
Həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.