Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda iranlı narkotacirin şəbəkəsinə daxil olan şəxs tutulub

12.06.2023 [10:52]

Xəbərin mətni

Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən daha bir şəxs saxlanılıb. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Ələkbərov saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı əlindəki çantadan ümumilikdə 3 kiloqram yüksək təsiredici narkotik vasitələr hesab edilən heroin və tiryək aşkar edilib.