Çəpərlənən Xəzər dənizi sahili
12.06.2023 [12:25]
Bura Zuğulba çimərliyidir. Sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazilərin hasarlanması Buzovna sakinlərinin narazılığına səbəb olur. Qarşı tərəf isə ərazinin sənədli şəkildə onların olduğunu deyir. Yəni sakinlər dənizə getmək üçün yol istəyir, digər tərəf isə “bura mənimdir, sən obyektin həndəvərindən fırlan” deyir. Onu da qeyd edək ki, ötən il dövlət başçısının dəniz sahili boyunca qanunsuz tikililərin sökülməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib və nəticədə qanunsuz obyektlərin hasarları sökülüb.