CƏMİYYƏT


Diqqət! Sayğac pulu tələb edənlərə etibar etməyin

Yeni tikilən bəzi binalarda sakinlərdən mənzillərə sayğac quraşdırılması üçün müxtəlif məbləğlər tələb olunur. Bu halla rastlaşan sakinlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə şikayət ünvanlayıblar. Araşdırmalar zamanı qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-ların mülkiyyətçilərdən əlavə ödənişlərin tələb etdiyi aşkarlanıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.