MN: Kəlbəcərdə mühəndis işləri görən traktorumuz atəşə tutulub
13.06.2023 [15:00]
Xəbərin mətni
İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, atəş nəticəsində xəsarət alan olmayıb.