Siyəzəndə yaşayış binasında partlayış olub, 3 nəfər xəsarət alıb
14.06.2023 [00:32]
Hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Əhali binadan təxliyə olunub.